Belarusda nüvə silahının yerləşdirilməsinə Baydenin münasibəti
2023-05-27 11:13:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə verdiyi mətbuat konfransında Rusiya Federasiyası ilə Belarus arasında qeyri-strateji nüvə silahının yerləşdirilməsi barəsindəki razılaşmanı “çox neqativ” qiymətləndirdiyini bildirib. Bayden deyib: “Bu razılaşmanı çox mənfi qiymətləndirirləm”.
Mayın 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko RF-nin qeyri-strateji nüvə silahının Belarus ərazisində yerləşdirilməsinə başlandığını bildirib.
Cümə axşamı günü Belarusla Rusiyanın müdafiə nazirləri Viktor Xrenin ilə Sergey Şoyqu Rusiyanın qeyri-strateji nüvə silahının Belarus ərazisindəki xüsusi məkanda saxlanılması barəsində sənədlər imzalayıblar.
Hürr Tərcüman