📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarusda uşaqların kütləvi vaksinasiyası başlanacaq

2021-12-23 16:48:00

Belarusda uşaqların kütləvi vaksinasiyası başlanacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Belarusda 12 yaşından başlayaraq uşaqlara Kovid-19  əleyhinə peyvənd vurulmasına icazə verilib. BELTA agentlitinin Səhiyyə Nazirliyindən aldığı məlumata görə, ölkənin uşaq əhalisinin kütləvi peyvənd edilməsi prosesi 27 dekabr tarixində başlanacaq.

12-17 yaş qrupuna mənsub olan uşaqların peyvənd olunması üçün onların valideynləri, yaxud da qanuni təmsilçiləri vaksin vurulmasına yazılı razılıq sənədini imzalamalıdırlar.

Uşaq Kovid-19 virusuna yoluxubsa, yoluxmadan 6 ay keçmədən ona peyvənd vurula bilməz.

Belarus uşaqlarına Çin istehsalı olan Verо Cell peyvəndləri vurulacaq.

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı dünən açıqlama verərək, uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına qarşı olduğunu bəyan etmişdi.

Hürr Tərcüman