📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Belarusdakı diktatura Ukraynadakı demokratiyadan yaxşıdır"

2025-01-07 16:49:33

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Loqoysk məbədindəki görüşü zamanı ölkəsindəki diktaturanın Ukraynadakı demokratiyadan daha yaxşı olduğunu deyib.
Bu barədə BELTA agentliyi məlumat verib.
Lukaşenko sözünə davam edərək deyib: "2025-ci il asan olmayacaq. Təkcə Rusiya ilə bizi sıxmağa və hər tərəfdən boğmağa başladıqları üçün yox".
Lukaşenko Belarusda sosial yönümlü siyasətin saxlanılacağını bildirərək deyib: "Sosial yönümlü dövlət - dövlətin xalqın tərəfinə baxması deməkdir. Lakin bu, dövlətin hamının əvəzinə işləməsi demək deyil. Ona görə də hər bir vətəndaşın da töfhə verməsi lazımdır".
Hürr Tərcüman