📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarusdan şok: Polşaya zərbə endirəcəyik!

2022-07-07 21:07:00

Belarusdan şok: Polşaya zərbə endirəcəyik!

Qərbin mümkün provokasiyasında Belarus qüvvələri Polşa infrastrukturuna zərbə endirəcək.

Bu sözləri Belarus Baş Qərargah rəisinin müavini Ruslan Kosıgin deyib.

O bildirib ki, Baltik ölkələri kimi, Polşa da ABŞ-ın Rusiya və müttəfiqlərinə qarşı qanlı müharibə başlatması üçün poliqona çevrilir:

“Bunu ilk növbədə Polşa rəhbərliyi başa düşməlidir. Münaqişə baş verəcəyi təqdirdə Polşa ərazisi hərbi infrastrukturu ilə birlikdə zərbənin əsas hədəfinə çevriləcək”. \\Axar