Belarusdan təhdid kimi xəbərdarlıq: “Hər an müharibəyə çevrilə bilər”
Hurriyyet.az xəbər verir ki, Belarusun “Belta” informasiya agentliyi ölkə Prezidenti Aleksandr Lukaşdenkonun Avropa İttifaqı ilə münasibətlər barəsindəki açıqlamalarını yayıb.
Belarus ilə Polşa arasında “hibrid müharibə”nin davam elədiyi dövrdə Lulaşenko baş verənlərin həqiqi müharibəyə çevrilə biləcəyi barəsində xəbərdarlıq edib.
Lukaşenko deyib: “Biz Polşa ilə qarşı-qarşıya gəlmək istəmirik, bu problem müharibəyə çevrilə bilər. Belarus sərhəddə qalan 2000 nəfər köçkünün qəbul edilib-edilməməsi ilə bağlı Avropa İttifaqından cavab gözləyir”.
Avropa İttifaqının Minsk rəhbərliyi ilə münasibət qurmaqdan qaçdığını bildirən Lukaşenko Polşanın iki ölkə arasındakı dəmiryolunu bağlamaq təhdidi ilə bağlı deyib: “Bu plan əks təsir göstərə bilər. Çünki belə bir halda qatarlar Ukraynanın Donbass bölgəsindən keçməyə məcbur qalacaqdır”.
Hürr Tərcüman