Belarusla Rusiya sərhədindəki məhdudiyyətlər ləğv olunur
2022-03-17 16:53:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, 18 mart tarixindən etibarən Rusiya Federasiyası ilə Belarus arasında vətəndaşların gəliş-gedişi ilə bağlı bütün məhdudiyyətlər ləğv olunacaq.
Bu barədə açıqlamanı RF-nin Baş naziri Mixail Mişustin verib. Açıqlamada deyilir: “Bu gecəyarıdan etibarən Rusiya ilə Belarus arasında vətəndaşların gediş-gəlişi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilir”.
Məhdudiyyətlər koronavirus pandemiyası ilə bağlı tətbiq edilmişdi.
Hürr Tərcüman