Belarusun hərbi rəsmisi İranda səfərdədir
2024-08-08 12:57:31
Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Lukyanoviç İranda səfərdədir. Bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama verib.
Avqustun 7-də o, iranlı həmkarı general Vahedi və İran ordusunun baş komandanı Musəvi ilə görüşüb.
Danışıqlar zamanı Vahedi bildirib ki, iki ölkə hərbi sahədə əməkdaşlıq üçün yüksək potensiala malikdir, çünki İran və Belarusun çoxlu ortaq cəhətləri var.
Danışıqların nəticəsi olaraq Lukyanoviç Musəvini Belarusun müdafiə qabiliyyəti ilə tanış olmaq üçün Belarusa səfərə dəvət edib.
Ülviyyə, Hurriyyet.az