📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belarusun müdafiə naziri: "Sərhəddə təxribat gözlənilir"

2024-08-16 14:47:46

Belarusun müdafiə naziri:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Belarusun müdafiə naziri Viktor Xrenin Ukrayna tərəfindən daima kəşfiyyat aparıldığını və sərhəddə təxribatlar gözlənildiyini bəyan edib.
Nazir bu açıqlamanı, hökumətin hərbi təhlükəsizlik məsələləri ilə bağlı iclasında verib.
Xreninin sözlərinə görə, Belarus-Ukrayna sərhədində silahlı təxribatlar törədiləcəyi ehtimalı yüksəkdir. Belarusun müdafiə naziri Ukrayna kəşfiyyatının öz fəaliyyətində dronlardan istifadə elədiyini bildirib.
Avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə səmasında Ukraynadan Rusiyaya uçam dronların bir qisminin vurulduğunu bildirmişdi.
Hürr Tərcüman