📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belçika İsrailə qarşı sanksiyalara hazırlaşır və HƏMAS-ın nəzarəti itirməsini gözləyir

2025-09-02 12:25:20

Belçika İsrailə qarşı sanksiyalara hazırlaşır və HƏMAS-ın nəzarəti itirməsini gözləyir

Hurriyyet.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevo İsrailə qarşı sərt tərbirlərin görüləcəyini bəyan edib. Həmin tədbirlərə 12 yeni sanksiya, yaşayış məntəqələrindən idxala qadağa, Yəhudiye və Samariya belçikalılara konsul yardımında, həmçinin hava nəqliyyatı, tranzit və məhkəmə prosesləri sahələrində məhdudiyyətlər daxildir.
Prevo Belçikanın Fələstin dövlətini tanıdığını, Fransa ilə Səudiyyə Ərəbistanının beynəlxalq təşəbbüslərinə qoşulduğunu bildirib.
Belçika Fələstini tam hüquqi şəkildə tanımaq üçün girovların azad edilməsini və HƏMAS-ın Fələstin üzərində nəzarəti itirməsini gözləyir. Brüssel həm də  antisemitizmlə mübarizə aparmaq və yəhudi icmalarını ictimai dialoqa cəlb eləmək niyyətindədir.
Hürr Tərcüman