📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belçika öz vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı

2022-12-19 11:23:00

Belçika öz vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı təcili tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, Xarici İşlər Nazirliynin bəyanatında vurğulanıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir:

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamildir. Vətəndaşlarımız həbs olunsa, onların insan hüquqları təmin edilə bilməz”.

Bəyanatda İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanlarının son dərəcə məhdud olduğu bildirilib. İranda həbs və ya saxlanma halında şəxslərin əsas hüquqlarına və təhlükəsizliyinə hörmət edilmədiyi qeyd olunub.

Rəsmilərin sözlərinə görə, İran hökuməti Olivier Vande Kastel adlı belçikalı yardım işçisini 28 il həbs cəzasına məhkum edib. O, fevral ayında həbs edilib və hazırda Evin zindanında saxlanılır.

bakupost.az