📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belçika səfiri Polşa XİN-ə çağırıldı

2021-10-29 17:46:00

Belçika səfiri Polşa XİN-ə çağırıldı

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı daxilində Polşa ilə bağlı baş verən gərginlik davam edir. Belçikanın Baş naziri Aleksandr de Kronun Polşanın “odla oynadığını” dedikdən sonra Belçikanın Varşavadakı səfiri Luk Yakobs Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Belçikanın Baş naziri Aleksander de Kro oktyabrın 27-dəki çıxışı zamanı polşalı həmkarı Mateuş Moravetskini nəzərdə tutaraq deyib: “Bütün pulu cibinə qoyub Avropa İttifaqı dəyərlərindən imtina edə bilməzsən”.

Avropa İttifaqı ilə Polşa arasında son dövrdə məhkəmələrin müstəqilliyi, hüququn aliliyi və milli qanunların Aİ hüququndan üstün olub-olmadığı mövzularında fikir ayrılığı yaranıb.

Avropa Ədalət Məhkəməsi iyulda qəbul elədiyi hakimlərə qarşı intizam mexanizmi dayandırmaq qərarına Polşanın tabe olmadığı üçün 27 oktyabr tarixində Polşaya gündəlik 1 milyon avroluq cərimə cəzası kəsib.

Avropa İttifaqı Kovid-19 pandemiyasının iqtisadi fəsadları ilə mübarizə məqsədilə üzv ölkələr üçün ayrılmış xilasetmə fondu çərçivəsində Polşaya veriləcək 23,0 milyard avroluq fondu da hələ təsdiqləməyib.

 

Hürr Tərcüman