📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Belçikalılar Rusiyadan çox, miqrantlardan qorxurlar

2026-10-14 11:16:19

Belçikalılar Rusiyadan çox, miqrantlardan qorxurlar

Belçikanın müdafiə naziri Teo Franken hesab edir ki, Avropada Rusiyadan qorxu o qədər də böyük deyil, insanlar daha çox qanunsuz miqrantlardan qorxurlar.

Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, nazir bu fikri onlayn yayımlanan Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən bildirib. O deyib: "Əgər həmvətənlərimdən onlar üçün ən böyük təhlükənin nə olduğunu - Rusiya, yoxsa qanunsuz immiqrasiya - soruşsaydım, düşünürəm ki, immiqrasiya qalib gələrdi".

Qeyd edək ki, son illərdə Avropada immiqrasiyaya qarşı çıxışlar şiddətlənib. Ölkələrin ictimaiyyətləri hökumətlərə miqrantlara qarşı sərt qanunlar qəbul etməyi, ölkəyə qəbul etməməyi, hətta çoxdan sığınacaq alanların bir çoxunu ölkədən qovmağı tələb edirlər.