📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Belə bir ideya ümumi erməni əhalisinin ürəyindən olardı” - Ovannisyan

2021-09-17 15:15:00

“Görünür, əgər Azərbaycan öz kassirlərini (Gorus-Qafan yolundakı nəzarət -buraxılış məntəqələri – red.) bir neçə günə fəaliyyətə başlayacaq “Ermənistan Biznes Forumu 2021”in  girişində yerləşdirsə idi, bu zaman yerli milyonerlərdən sakitcə vergi yığa bilərdi”.  

Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri politoloq Andranik Ovannisyan deyib. Erməni politoloq öz təbirincə yumşaq ritorika sərgiləmək istəsə də, bu onda alınmayıb.

Ovannisyan fikirlərini belə davam etdirib: “Gorus-Qafan yolundakı uğurdan (Azərbaycanın yola nəzarət etməsi) sonra forumun anonsunda deyildiyi kimi “ən yaxşı biznes ideyasının” formasını özləri real həyatda istəyirlər. Belə bir ideya ümumi erməni əhalisinin (söhbət xain Nikol Paşinyan rejiminin əlaltılarından gedir – red.) ürəyindən olardı” – deyə Andranik Ovannisyan fikirlərini tamamlayıb.