Belə cavab verəcəyik, Qərb başqa cür başa düşmür - Belarusdan hədə
Belarus artıq Rusiyanın nüvə silahları üçün yerlər hazırladığını bildirir.
Hurriyyet.az xəbər verir ki, Belarus artıq Rusiyanın strateji nüvə silahlarının yerləşdirilməsi üçün yerlər hazırlayır. Bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.
"Lazım gəlsə, strateji nüvə silahlarımız da olacaq. Əgər düşmənçilik ritorikası davam edərsə, bu, növbəti addım olacaq. Biz gücə ancaq güclə cavab verəcəyik. Qərb başqa cür başa düşmür”, - nazir deyib.
O əlavə edib ki, Belarusda yerləşdiriləcək taktiki nüvə silahlarından yalnız Rusiya tərəfi istifadə edə bilər.
Eyni zamanda, Xrenin xatırladıb ki, Belarus nüvə silahı daşıya bilən avadanlıqlar, təyyarələr hazırlayıb və nüvə başlıqları olan raketlərdən istifadə etmək qabiliyyətinə malik müasir “İsgəndər kompleksi” alıb.
Belarus Respublikasının müdafiə nazirinin sözlərinə görə, gələn həftə Rusiyada müvafiq Belarus bölməsinin hazırlanması başa çatacaq.
publika.az