Belqorodda PUA zərərsizləşdirildi
2023-09-08 23:34:34
Rusiyanın Belqorod vilayətində təyyarə tipli PUA zərərsizləşdirilib.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Valuyski dairəsində hava hücumundan müdafiə sistemi işə salınıb. İlkin məlumata görə, itki yoxdur. Üç fərdi ev və bir yardımçı tikilidə ziyan aşkar edilib”, - Qladkov bildirib. \\Axar.az