Belqrad və Moskva arasında qaz müqaviləsi danışıqları gedir
2021-10-07 16:24:00
Belqrad və Moskva yeni uzunmüddətli qaz müqaviləsinə dair danışıqlar aparırlar. Bu haqda Serbiyanın texnoloji inkişaf və innovasiya naziri Nenad Popoviç bəyan edib.
Serbiya prezidenti Aleksandr Vuçiç bundan öncə prezident Putinə energetik böhran mühitində onun ölkəsinə kömək göstərmək xahişi ilə müraciət etmək niyyəti haqda bəyan etmişdi. Son günlərdə Avropada qaz qiymətləri min kub metrə görə 1900 dollar həddinə çatdı.
Ülviyyə, Hurriyyet.az