📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Benfika" prezidenti Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

2025-08-21 21:05:38

Kerem Aktürkoğlunun gələcəyinə aydınlıq gəlib.

“Benfika”nın prezidenti Kerem Aktürkoğlunun klubu tərk etməsinə icazə verməyib. Bu səbəbdən dünən Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça" “Benfika” matçında türk hücumçu əsas heyətdə meydana çıxıb.

Bu barədə məlumatı "Record" nəşri yayıb.

“Benfika” rəhbərliyi transfer məsələsində sərt mövqe sərgiləyib və gənc futbolçunun klubdan ayrılmasına icazə verməyib. Bu isə həm klubun, həm də futbolçunun maraqlarını qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, 0:0 bitən qarşılaşma zamanı Kerem bir neçə təhlükəli epizod yaradıb və komandasının hücum potensialını artırıb. \\Fanat.Az