📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beni Qants: İsrailin İraqda vurduğu İran PUA-ları Qəzza zolağına uçurdu

2022-05-18 13:24:00

Beni Qants: İsrailin İraqda vurduğu İran PUA-ları Qəzza zolağına uçurdu

İsrailin müdafiə naziri Beni Qantz deyib ki, İraq səmasında vurulmuş İslam İnqilabının Keşikçilər Korupsuna (SEPAH) aid 2 PUA İrandan Qəzza zolağına yaxud İordaniya çayının qərb sahillərinə doğru uçurmuş.
İsrail hökumətinin bildirdiyinə görə, bu ilin əvvəllərində İraq səmasında SEPAH-a aid dronları vurub. Qantz bu barədə Reiçman Herzliya Universitetində Milli Əmniyət Araşdırmaları Mərkəzinin konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla İran hökuməti həmin dronları dəstəklədiyi terror təşkilatlarına çatdırmaq istəyib. "Şahid-136" dronları Amerikanın döyüş qırıcıları tərəfindən İraqın Ərbil şəhəri yaxınlığında vurulub.

Ülviyyə, Hurriyyet.az