📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Benni Qantz: İsrailə səfəri zamanı Bayden İrana qarşı bölgəsəl koalisiya ilə bağlı son proseslərlə tanış olacaq

2022-07-13 15:54:00

Benni Qantz: İsrailə səfəri zamanı Bayden İrana qarşı bölgəsəl koalisiya ilə bağlı son proseslərlə tanış olacaq

Amerika prezidentinin İsrailə səfəri ərəfəsində İsrailin müdafiə naziri bəyan edib ki, səfər zamanı Co Bayden İran təhdidlərinə qarşı regional koalisiya ilə bağlı son detallar və irəliləyişlərlə bağlı məlumatlandırılacaq: SEPAH komandanlarından ikisi bu planla bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, Co Bayden çərşənbə günü İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək, cümə axşamı isə tarixi bir uçuşla İsraildən birbaşa Səudiyyə Ərəbistanına gedəcək.
Son günlərdə Beni Qantz İranın raket və dron təhdidləri ilə mübarizə aparmaq üçün İsrail və onun ərəb müttəfiqləri ilə birgə Amerikanın rəhbərliyi ilə regional hava hücumundan müdafiə sistemi yaratmaq səylərindən xəbər verib. O, bu planı "Yaxın Şərqin Hava Hücumundan Müdafiə Sistemi" (MEAD) adlandırıb.

Ülviyyə, Hurriyyet.az