📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Benyamin Netanyahu: İranla nüvə razılaşması “çox güman ki, ölüb”

2022-12-01 11:39:00

Benyamin Netanyahu:  İranla nüvə razılaşması “çox güman ki, ölüb”

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib ki, İranla nüvə razılaşması “çox güman ki, ölüb” və etirazlar rejimin zəif olduğunu göstərdi.
Onun sözlərinə görə, nüvə anlaşması çox güman ki ki, artıq ölüb, çünki bütün dünya bu rejimin əsl üzünü gördü. Bu, bu şər, qatil və barbar rejimə qarşı küçələrə çıxan inanılmaz dərəcədə cəsur İran kişiləri və qadınlarının sayəsindədir.
“Düşünürəm ki, [İran xalqı] özünə-biz Amerikaya ölüm şüarı verən, kütləvi qırğın silahları və ballistik raketlər əldə etmək istəyən, onları planetin istənilən yerinə atmasına çalışan Ayətullahları istəyirikmi?-sualını verir. Və cavab, əlbəttə ki, yox”, deyə Netanyahu əlavə edib.

Ülviyyə, Hurriyyet.az