📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Benzinin qiyməti rekord həddə çatdı

2022-03-08 22:09:00

Benzinin qiyməti rekord həddə çatdı

Dünya bazarında neftin qıymətinin kəskin artması ABŞ-da yanacaq böhranına səbəb olub, artıq hər gallon üçün 4,17 dollara çatıb.

Bu barədə “TASS” yanacağın maya dəyərinə nəzarət edən Amerika Avtomobil Assosiasiyasına (AAA) istinadən xəbər verir.

Təşkilatın məlumatına görə, martın 8-i səhərə qədər ABŞ-da bir qallon benzinin qiyməti 4,173 ABŞ dollarına çatıb – bu rəqəm tarixdə yanacağın ən yüksək orta qiyməti olub.

Əvvəlki antirekord 2008-ci ilin iyulunda ABŞ yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin 1 qallon üçün 4,11 ABŞ dollarına çatdığı vaxt qeydə alınıb. Bir il əvvəl istehlakçılar üçün benzinin qiyməti 2,7 ABŞ dolları idi. \\Report