Beqlaryan: “Maksimum bir neçə yüz adamımız qalıb”
2023-09-30 12:55:40
Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda artıq öz-özünü ləğv eləmiş əliqanlı, terrorçu, üzdəniraq separatçı şəbəkənin keçmiş qondarma ombudsmeni Artak Beqlaryan sosial şəbəkədəki açıqlamasında yazıb: “Məndə olan qeyri-rəsmi informasiyaya görə, Qarabağdan axırıncı qruplar hazırda Ermənistana yola düşüblər. Qarabağda maksimum bir neçə yüz adam qalıb. Onların əksəriyyəti təcili xidmətlərin əməkdaşları, könüllülər, xüsusi tələbatları olan bəzi şəxslərdir. Onlar da yola düşməyə hazırlaşırlar”.
Hürr Tərcüman