Berbok Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından yazıb
2024-02-29 16:30:33
Hurriyyet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin sülh danışıqlarını dəstəklədiyini bildirib.
Berbok "X" şəbəkəsindəki səhifəsində yazıb: "Ermənistanla Azərbaycan sülh müqaviləsinə doğru qətiyyətli və eyni zamanda çətin yolla irəliləyirlər. Biz federal hökumət olaraq, mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Yaralar belə sağalır və insanlar sülhə nail olurlar. Bu yolda hər bir metr mühümdür".
Hürr Tərcüman