📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berbok Ermənistan və Azərbaycana gəlir

2023-11-01 17:42:13

Berbok Ermənistan və Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrn 3-də Ermənistana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq./axar.az/