Berbok gözlənilmədən Kiyevə gedib
2024-05-21 11:27:02
Huriyyet.az xəbər verir ki, Almaiyanın XİN rəhbəri Annalena Berbok gözlənilmədən Kiyevə gedib. "Der Spiegel" nəşrinin yazdığına görə, səfər barəsində əvvəldən açıqlama verilməyib. Nəşr bildirir ki, təhlükəsizlik tədbiri olaraq onun Xarkova səfəri ləğv edilib. Ötən gecə Xarkov növbəti dəfə atəşə tutulub.
Müharibə başlanandan bəri Almaniyanın xarici işlər naziri beşinci dəfə Ukraynaya səfər edir. Səfər gizlin saxlanılıb. Alman nəşrinin yazdığına görə, Berbok Ukraynaya Avropa ölkələrinin həmrəyliyini bildirib.
Berbok deyib: "Xarkov bölgəsində Rusiyanın hücumları və mülki infrastruktura güclü zərbələr səbəbindən Ukraynada vəziyyət yenidən kəskin şəkildə pisləşib".
Hürr Tərcüman