Berbok İlham Əliyevdən Qarabağa səfərlərə icazə verilməsini xahiş etdi
2023-09-27 15:22:57
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan prezidenti İlham Əliyevdən beynəlxalq müşahidəçilərin Qarabağa buraxılmasını xahiş edib. O, həmçinin Almaniyanın regiona humanitar yardım göndərən Beynəlxalq Qırmızı Xaçın (BQXK) maliyyəsini iki dəfədən çox artıracağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.