📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bərdə polisindən əməliyyat: saxlanılanlar var

2025-02-01 17:23:17

Bərdə polisindən əməliyyat: saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. 

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Axar.az