📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bərdədə 54 yaşlı kişini “tok” vurub öldürdü

2026-08-20 22:42:47

Bərdədə 54 yaşlı kişini “tok” vurub öldürdü

Bərdədə ölüm hadisəsi baş verib.

Hurriyyet.media xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub.

Elektrik cərəyanının vurması nəticəsində 54 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.