📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bərdədə ana doğuşdan sonra öldü - TƏBİB səbəbini açıqladı - YENİLƏNİB

2022-07-09 14:14:00

Bərdədə ana doğuşdan sonra öldü - TƏBİB səbəbini açıqladı - YENİLƏNİB

Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib. Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub.

TƏBİB-dən Bakupost.az -a verilən məlumatda bildirilir ki, əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb:

"Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib. Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir".

***

10:38

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin durumu yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub.