Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var
2026-10-01 20:26:32
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində olub.
Belə ki, hərəkətdə olan “KIA Rio” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bərdədə baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.
Onlar - Rəhimli Şəmsəddin, Sadiqov İsaq, Sadıqov Elşad, Qasımov Samir və Ərganov Cavid müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralıların müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

