📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bərdədə qəzalı məktəb binası 40 ildir təmir olunmur - VİDEO

2023-12-23 09:50:27

Bərdədə qəzalı məktəb binası 40 ildir təmir olunmur - VİDEO

Bərdə rayonunda şəhid Abdulla İsmayılovun adını daşıyan Lənbəran kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Hurriyyet.az xəbər verir ki, 1983-cü ildə istifadəyə verilən məktəb binası 40 il ərzində təmir olunmayıb.

Buranın döşəməsi yarasız, pəncərələri isə demək olar ki, yoxdur.

Təhsil ocağının min şagird yerlik olmasına baxmayaraq, mövcud vəziyyətə görə davamiyyət də aşağıdır. Şagirdlər soyuqdan dərslərin bir çoxunda iştirak etmirlər.

Ətraflı “ATV Xəbər”in süjetində:

iqtisadiyyat.az