📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü oldu

2022-04-15 14:26:00

Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü oldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına üzv seçilib. Bu barədə məlumatı təşkilatın katibliyi verib.

Açıqlamada deyilir: “Təşkilat Qurbanqulu Berdiməhəmmədovun Ağsaqqallar Şurasının üzvü olması ilə qürur duyur, onun müdrikliyinin, təcrübə və biliyinin Şuranın potensialını zənginləşdirəcəyinə, təşkilatın nüfuzunun artmasında mühüm rol oynayacağına inanır”.

Türkmənistan 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilmiş 8-ci sammitində müşahidəçi-ölkə kimi iştirak edib.

Hürr Tərcüman