📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berlində rus diplomatı ölmüş vəziyyətə tapıldı

2021-11-05 17:51:00

Berlində rus diplomatı ölmüş vəziyyətə tapıldı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Almaniyada Rusiya səfirliyinin qarşısında bir diplomatın ölmüş vəziyyətdə tapıldığı iddia edilib. Bununla bağlı açıqlama verən Almaniya XİN təmsilçisi Kristofer Burger də nazirliyin məsələdən xəbərdar olduğunu, lakin həmin şəxsin şəxsi həyatının gizli saxlanılması məqsədi ilə detallı açıqlama verilməyəcəyini bildirib.

“Şpigel” jurnali 19 oktyabr tarixində, saat 7.20-də Rusiyanın Berlindəki səfirliyinin qarşısındakı piyada yolunda cəsəd tapıdığını yazıb. 35 yaşlı diplomatın 2019-cu ildən bəri səfirlikdə II katib kimi çalışdığı bildirilir. Onun səfirliyin yuxarı mərtəbəsindən düşdüyü güman edilir. Alman təhlükəsizlik xidmətindəki mənbələr həmin şəxsin Rusiyanın FTX-nin əməkdaşı olduğunu iddia edirlər. Həmçinin, onun FTX-nin rəhbərliyindəki şəxslərdən birinin qohumu olduğunu söyləyirlər.

 

Hürr Tərcüman