📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berlindən rus diplomatlarla bağlı KRİTİK QƏRAR: "Biz daha buna dözməyəcəyik"

2022-04-04 23:25:00

Berlindən rus diplomatlarla bağlı KRİTİK QƏRAR:

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin 40 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə "Spiegel" məlumat yayıb.

Bildirilib ki, onlar 5 gün ərzində ölkəni tərk etməlidirlər. 

Xarici işlər naziri Annalena Burbok bildirib ki, hökumət Rusiya səfirliyinin xeyli sayda əməkdaşını arzuolunmaz elan etmək qərarına gəlib.

"Onlar hər gün Almaniyada bizim azadlığımıza və cəmiyyətimizin birliyinə qarşı çalışıblar. Sizin işiniz bizə sığınanlar üçün təhlükədir. Biz daha buna dözməyəcəyik", - Burbok əlavə edib.

Qərardan əvvəl Federal Xarici İşlər Nazirliyi Konstitusiyanın Mühafizəsi İdarəsi ilə sıx əməkdaşlıq edirdi. Hələ martın ortalarında məxfi xidmət Almaniyadakı müxtəlif Rusiya məxfi xidmətlərində birbaşa və ya dolayısı ilə işləyən rus diplomatlarının siyahısını tərtib etmişdi. \\Publika.az