Berlindən Zelenskiyə rədd cavabı
2024-06-13 14:02:25
Hurriyyet.az xəbər verir ki, Berlin Kiyevə əlavə "Patriot" sistemləri verə bilməyəcək. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib. Nazirin sözlərinə görə, hazırda Ukraynaya 3 ədəd zenit-raket kompleksinin təhvil verilməsi Almaniyanın Hava Hücumundan Müdafiə sitemini artıq 25% zəiflədib.
Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib: "Biz artıq 3 sistem tədarük eləmişik - bu, bizim ehtiyatlarımızın dörddə bir hissəsidir. Bu üç sistemdən artığını vermək imkanımız yoxdur. İndi "Patriot" sistemlərini tərəfdaşlarımız tədarük eləməlidirlər".
Hürr Tərcüman