📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berlinə türk qızı rəhbərlik edə bilər - Eralpın partiyası liderdir

2026-09-21 20:12:13

Berlinə türk qızı rəhbərlik edə bilər - Eralpın partiyası liderdir

Almaniya paytaxtındakı seçkilərdə türk əsilli Elif Eralpın “Die Linke” partiyası liderlik edir.

Hurriyyet.media  xarici mediaya istinadla xəbər verir ki, indi türk əsilli siyasətçi şəhərin meri postu uğrunda mübarizə apara bilər.

45 yaşlı hüquqşünasın seçki kampaniyasının əsas mövzusu əlverişli mənzillərin olmaması idi. E.Eralp həmçinin Almaniya paytaxtında kirayə haqqının yüksək olmasına qarşı çıxırdı.

O, bu vəzifəni tutmaq üçün o, ştat hökuməti qurmalıdır (Berlinin şəhər-dövlət statusu var). Berlində seçkilərdə qalib gələn partiyanın lideri eyni zamanda Almaniya paytaxtının meri vəzifəsini tutur. Eralp Almaniyanın federal torpağının başında miqrant kökləri olan ilk qadın ola bilər.

Türkiyə mətbuatında siyasətçini "Berlinin türk Mamdanisi" adlandırılar. Söhbət Uqandada anadan olmuş və hind kökləri olan Nyu-York merindən gedir.

Sağçı populist "Almaniya üçün Alternativ" Berlindəki seçkilərdə üçüncü yeri tutub. Bu partiya Meklenburq-Qərbi Pomeraniyada isə qalib gəlib. Federal kansler Mertsin partiyası hər iki bölgədəki seçkilərdə məğlub olub.