📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berluskoni vəfat etdi

2023-06-12 13:23:00

Berluskoni vəfat etdi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

Hurriyyet.az xəbər verir ki, İtaliya mətbuatının verdiyi məlumata görə, o, Milanda yerləşən San Raffaele xəstəxanasında dünyasını dəyişib.

Aprel ayında o, əvvəllər açıqlanmayan xroniki leykemiya xəstəliyi ilə əlaqəli ağciyər infeksiyasına görə müalicə almışdı.

Qeyd edək ki, Berluskoni ilk dəfə 1994-cü ildə vəzifəyə gəlib və 2011-ci ilə qədər dörd hökumətə rəhbərlik edib.