📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bərzani Azərbaycana gəlib

2023-07-18 11:46:00

Bərzani Azərbaycana gəlib

KİV-lərdə xəbər verilmişdi ki, İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani iyulun 18-i Azərbaycana səfərə gələcək. Son məlumatlara görə, Bərzani Azərbaycana gəlib.
Səfər çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Məlumatda qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-i Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə Bərzanini Bakıya dəvət edib.

Ülviyyə, Hurriyyet.az