Beş şir zooparkdan qaçıb! Həyəcan siqnalı çalındı
2022-11-02 18:43:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Avstraliyada bir zooparkın sərgi ərazisindən qaçan 5 aslan qısa müddətlik “fövqəladə vəziyyət”ə səbəb olub.
Paytaxt Sidney şəhərindəki Taronqa zooparkındakı 5 şir yerli vaxtla saat 6.30-da ərazini tərk edib.
Qaçışdan 10 dəqiqə sonra qarovulçulardan biri həyəcan sistemini işə salıb.
Ərazidəki insanlar təhlükəsiz yerlərə sığınıblar. Şirlərin 4-ü geri qayıdı. Bir aslan isə sakitləşdirilib.
Zooparkın rəhbərliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
2009-cu ildə Sidneyin cənubundakı Moqo zooparkından qaçan bir dişi aslan vurularaq öldürülmüşdü.
Hürr Tərcüman