Bəşər Əsəd 12 ildən sonra Səudiyyə Ərəbistanına getdi
2023-05-19 13:36:00
Suriya prezidenti Bəşər Əsəd son səfərindən 12 il sonra ilk dəfə Səudiyyə Ərəbistanına gedib.
Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya lideri mayın 20-də Ciddədə keçiriləcək Ərəb Liqasının 32-ci Sammitində iştirak edəcək.
Məlumata görə, Suriya 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra yenidən Ərəb Liqasına daxil olacaq.