"Bəşəriyyət İrandakı kütləvi terroru dayandırmalıdır" - XAQANİ CƏFƏRLİ
"Təəssüf ki, bu gün azadlıq uğrunda ayağa qalxan insanlar İranda teokratik rejimin terroru qarşısında tək qalıb"
"İran parlamenti məhkəmələri etirazlarda iştirak etdiklərinə görə həbs edilən şəxslərə ölüm hökmü çıxarmağa çağırıb. İran parlamentinin bu qərarı teokratik rejimin insan hüquqları və öz müqədaratını təyin etmə hüququ uğrunda ayağa qalxan insanlara və xalqlara qarşı kütləvi terrorun sanksiyalaşdırılması deməkdir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
.jpg)
Politoloq bildirib ki, Demokratiya Naminə Ukraynaya Dəstək Platforması iki ay öncə beynəlxalq təşkilatları və demokratik dövlətləri İran vətəndaşlarının mübarizəsinə dəstək verməyə, öz azadlığı uğrunda mübarizəyə qalxan xalqı istibdad rejimi ilə mübarizədə tək qoymamağa çağırmışdı: "Təəssüf ki, bu gün azadlıq uğrunda ayağa qalxan insanlar İranda teokratik rejimin terroru qarşısında tək qalıb. Bəşəriyyət teokratik rejimin terrorunu dayandırmasa azadlıq uğrunda mübarizə aparan insanların tökülən qanları bütün insanlığın vicdanına yazılacaq. Tərəqipərvər bəşəriyyət, azad dünya özündə güc taparaq İranda başladılan kütləvi terroru dayandırmalı, insan hüquqları və öz müqədaratını təyin etmə hüququ uğrunda ayağa qalxan insanlara və xalqlara hər cür dəstək verməlidir. İnsanlara hürriyət, millətlərə istiqlal!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az