"Beşiktaş" Bakıya nə vaxt gələcək?
2023-05-08 21:13:00
13 may tarixində Türkiyədə zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə "Sabah" "Beşiktaş" klubu ilə xeyriyyə matçı keçirəcək.
"Qartallar"ın Bakıya səfər proqramı müəyyənləşib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Türkiyə təmsilçisi mayın 12-də ölkəmizə gələcək. Komanda Bakı vaxtı ilə saat 16:00-da təyyarə ilə yola düşəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 18:00-da başlayacaq. \\Offsideplus.az