📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Beşiktaş" Pelenin rekordunu qıran futbolçunu transfer etdi

2024-08-19 19:36:39

"Beşiktaş" klubu braziliyalı Angelo Qabriel ilə anlaşıb. 

"Çelsi" formasını geyinən 19 yaşlı hücumçu icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. Daha öncə futbolçu ilə razılıq edən klub "zadəganlar"la da anlaşıb. Müqavilədə 12 milyon avroya birbaşa satın alma şərti də var.

Qeyd edək ki, Angelo 15 yaşında "Santos"un əsas komandasında debüt edərək Pelenin rekordunu qırıb, klub və Braziliya tarixinin ən gənc futbolçularından biri olub.  \\Offsideplus.az