📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Beşiktaş" ulduz futbolçunu transfer edir - 17 milyon avroya

2023-09-05 21:23:07

İngiltərə "Arsenal"ının sağ cinah vingeri Nikolas Pepe karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Hurriyyet.Az "L’Equipe"yə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu "Beşiktaş"la anlaşıb.

Məlumata görə, "topçular" onunla yeni müqavilə imzalamaq barədə düşünmür. Pepe də buna görə karyerasını başqa klubda davam etdirmək niyyətindədir.

"Beşiktaş"ın onun üçün qarşı tərəfə 17 milyon avro ödəyəcəyi bildirilir. \\Offsideplus.az