📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Beşiktaş”dan yeni transfer

2026-02-06 17:52:54

“Beşiktaş”dan yeni transfer

Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Marsel” klubunun sol cinah müdafiəçisi Amir Murilyo ilə anlaşıb.

30 yaşlı oyunçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün artıq İstanbula gəlib.

Murilyo bu mövsüm “Marsel”in heyətində 25 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.