"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi
2022-10-26 19:24:00
Son turda 1:2 hesabı ilə "Hatayspor"a məğlub olan "Beşiktaş" klubu baş məşqçisi Valerien İsmaellə yollarını ayıracaq.
Hurriyyet.Az "NTV Spor"a istinadən xəbər verir ki, klubun prezidenti Ahmet Nur Çebi idarə heyəti ilə keçirəcəyi toplantıdan sonra yeni baş məşqçi müəyyənləşəcək. "Qartallar"ın yeni çalışdırıcısının Şenol Güneş olacağı gözlənilir. 70 yaşlı mütəxəssis də İstanbul təmsilçisinin sükanı arxasına keçməyə razıdır. Onunla 2,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Beşiktaş" cari mövsüm turnir cədvəlində 19 xalla 5-cidir.
Xatırladaq ki, Şenol Güneş 2015-2019-cu illərdə "qartallar"ın baş məşqçisi olub.