📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəstəkar, dirijor olmaq üçün 60 bal kifayətdir - Şərtlər açıqlandı

2026-08-27 17:26:57

Bəstəkar, dirijor olmaq üçün 60 bal kifayətdir - Şərtlər açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri açıqlanıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında qeyd olunub.

Belə ki, V ixtisas qrupu üzrə Məşqçilik ixtisası üçün minimum 70 bal, İnstrumental ifaçılıq, Vokal sənəti, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Populyar musiqi və caz ifaçılığı, Operator sənəti üzrə minimum 60 bal, Xoreoqrafiya sənəti üzrə minimum 50 bal toplamaq tələb edilir.

Qabiliyyət imtahanının yekun nəticəsi isə 6 baldır.