📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib

2026-04-12 12:12:34

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib.

Hurriyyet.az bu barədə "Herald" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, aktyor aprelin 11-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Nolan 1960-cı illərin sonlarından başlayaraq onlarla filmin çəkilişində iştirak edib. "Betmen: Başlanğıc" ("Batman Begins", 2005), "Qara Cəngavər: Əfsanənin dirçəlişi" ("The Dark Knight Rises", 2012) və "Dünkerk" ("Dunkirk", 2017) filmlərindəki işləri ona geniş şöhrət qazandırıb.

Con Nolan məşhur britaniyalı rejissor, ikiqat "Oskar" mükafatı laureatı Kristofer Nolanın, eləcə də ssenarist Conatan Nolanın əmisi idi.