📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bəxt üzüyü"nün Sevdası vəfat edib

2022-08-16 23:00:00

Hurriyyet.az  xəbər verir ki, "Bəxt üzüyü" filminin "Sevda"sı, məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova dünyasını dəyişib. Azərbaycan Kinematoqrafçılar İttifaqının paylaşdığı xəbərə görə,  bəstəkar Cəmil Əmirov öz sosial şəbəkə hesabında məlumat verib. İttifaqın paylaşmasında deyilir: "Bir neçə gün öncə 62 yaşını qeyd etmiş Firəngiz xanım uzun müddət idi ki, ABŞ-ın Los-Anceles ştatında yaşayırdı. "Bəxt üzüyü" filmi ilə yanaşı, sevimli müğənni rejissor Eldar Quliyevin "Gümüşgöl əfsanəsi" filmində də çəkilib. Firəngiz xanımın xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin..."

Hürr Tərcüman