📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Abbasov vəfat etdi

2026-03-14 22:55:25

Bəxtiyar Abbasov vəfat etdi

Şamaxıda tanınmış həkim vəfat edib.

Milli.Az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.

Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.